Avropa insan hüquqları məhkəməsi Azərbaycan hakimiyyətindən jurnalist Fətullayevin azat etməsini tələb etdi
Avropa insan hüquqları məhkəməsi dünən – 21 apreldə "Real Azərbaycan" baş redaktorunun şikayəti üzrə öz qərarı elan etdi və jurnalisti məhkum edən Azərbaycan məhkəməsinin qərarını tanıdı. Azərbaycan hakimiyyəti bu qərarı Strasburq məhkəməsinin yuxarı palatasında etiraz etmək istəyir.
"Məhkəmə Fətullayevin təcili azad etməsini və Azərbaycan hakimiyyəti tərəfindən ona 25 min evro kompensasiya olaraq verməsini tələb etdi", - "Qafqaz düyünü" müxbiri ilə müsahibədə Strasburq məhkəməsinin qərarını izah edəndə jurnalistin advokatı İsaxan Aşurov ilan etdi.
Aşurov sözlərinə görə Avropa insan hüquqları məhkəməsi Azərbaycan məhkəməsi tərəfindən Avropa insan hüquqları konvensiyası ədalətli məhkəmə təhqiqatı və söz azadlığı haqqında 10 və 6 maddələrinin pozulmasını qəbul etdi. Advokat bu qərarının təcili icra edilməsi və Fətullayevin azad buraxılması üçün Ali məhkəməyə müraciət etmək istəyir.
"Fətullayev istintaqı kobud prosessual normalarla keçirilirdi, məhkəmələr isə onun çoxsaylı şikayətləri nəzərə almayaraq qanunlar pozurdu. Strasburq məhkəməsi bu faktlara və jurnalistin hüquqlarının pozulmasına hüquq qiyməti verdi", - Aşurov dedi.
Jurnalistin başqa advokatı Elçin Sadıqov dedi, ki Azərbaycan hakimiyyəti üç ay müddətində Avropa insan hüquqları məhkəməsinə apelyasiya verilməsə, Azərbaycan Ali məhkəməsinin plenumu Strasburq məhkəməsinin qərarını müzakirəyə qoymalı və icra etmək üçün Bakı apelyasiya məhkəməsinə göndərməli.
Sadıqov sözlərinə görə o zamana qədər Fətullayevə qarşı qanunsuz olaraq narkotik saxlaması üzrə yeni ittiham qərarı alınsa, Bakı apelyasiya məhkəməsi bu iki işi birləşdirməli və birlikdə müzakirəyə qoymalı.
Avropa insan hüquqları məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov fikrincə isə Strasburq məhkəməsi Fətullayevin təcili azad buraxılması haqqında qərar alaraq öz səlahiyyətindən kənara çıxdı.
"Ümumiyyətlə Avropa ölkələrində qəbul edilmiş praktikaya görə Avropa məhkəməsinin qərarları dövlət daxilindəki məhkəmələri tərəfindən konvensiya normaları olaraq sayılır. Bir sözlə belə vəziyyət, ki Avropa məhkəməsi müəyyən qərarlar almaq üçün bu və ya başqa ölkələrin məhkəmələrinə göstərişlər verir, əsassız və qəbuledilmezdir", - "Trend" agentliyi Əsgərovdan sitat gətirir.
Xatırladaq ki üç ay müddətində işləri yuxarı palataya göndərmə ərizəsi verilməsə Avropa məhkəməsinin qərarı qüvvəyə minir. Əsgərov dedi, ki Azərbaycan hakimiyyəti ərizə vermək istəyir.
Azərbaycan Ali məhkəməsinin cinayət işlər üzrə hakimlər kollegiyası üzvü Müzəffər Ağazadə də hesab edir ki, Strasburq məhkəməsi Fətullayevin azada buraxılması haqqında qərar almamalı idi. "Azərbaycan qanunvericiliyinə gorə cinayət işlərin istintaqı əslində milli məhkəmələr tərəfindən keçirilir. Avropa məhkəməsi isə yalnız bu və ya başqa hüquqların pozulması haqqında qərarlar alır", - Ağazadə dedi.
Onun sözlərinə görə Fətullayevin azada buraxılması haqqında qərarlar Azərbaycanda alınmalı. Lakin əgər üç ay müddətində Azərbaycan hakimiyyəti Strasburq məhkəməsinin yuxarı palataya apelyasiya verilməsə, Ali məhkəmə bu məsələni müzakirə edə bilər.
Xatırladaq ki Fətullayev Yasamalı rayonunun məhkəməsi tərəfindən Xocalı faciəsi haqqında böhtan atmaq üzrə 2007 ilin 20 aprelində 2,5 illik həbsə məhkum edildi. Sonra Fətullayevə qarşı cinayət kodeksinin 214.1 (terrorizm təhlükəsi), 283.2.2 (xidmət mövqeyindən istifadə edəndə milli, irqi və dini düşmənçiliyinin qızışdırması), 213.2.2 (vergi ödəməkdən yayınma) maddələri üzrə yeni cinayət işi açılıb. 2007 ilin 30 oktyabrında Fətullayevi bu üç maddələr üzrə müqəssir tanıdılar və 8,5 illik həbsə məhkum etdilər.
"Qafqaz düyünü" artıq deyib, ki jurnalist Fətullayevə qarşı 2009 ilin 31 dekabrında 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddə üzrə cinayət işi açılıb. Məhkəmə kimyəvi-bioloji ekspertizası nəticəsində Fətullayevin qanında və sidikdə heroin (diasetil-morfin və amfetamin) tapdılar. Fətullayev narkotik istifadə etmə ittihamları qəti şəkildə təkzib edir, advokat Aşurov isə deyir, ki jurnalistin qanı və sidiyi ekspertizasının etimadı yoxdur.
İstintaq materiallarına görə 2009 ilin 29 dekabrında Eynulla Fətullayevin saxladığı 12 saylı koloniyada yoxlama keçirildi, ki onun nəticəsində Fətullayevin geyimində və ayaqqabısında 0,22 qram heroin tapıldı. Ona Azərbaycan cinayət kodeksi 234.1 (qanunsuz olaraq narkotik saxlaması) maddəsi üzrə yeni ittiham irəli sürüldü və 2 aylıq həbs tədbiri seçildi.
Bundan qabaq "Qafqaz düyünü" müxbiri sözlərinə görə həbsxanada olan "Real Azərbaycan" qəzetinin müəssisi və baş redaktoru Eynulla Fətullayev onun həyatının təhlükə altında olduğunu bildirdi. O bunun haqqında həbs cəzası sisteminin rəhbərliyinə, Amnesty İnternational, "sərhədsiz müxbirlər" hüquq mühafizə təşkilatlarına və jurnalistlərin müdafiə Komitəsinə öz müraciətdə yazdı.
Azərbaycan həbs cəzası sisteminin rəsmi nümayəndəsi Mehman Sadıqov dedi, Fətullayevin həbsdə onun öldürülməsi mümkünlüyü haqqında iddialar əsassızdır.
Redaksiya qeydləri – bax. "Ümumdünya qəzet birliyi rəhbəri Azərbaycan həbsxanalarından jurnalistləri azada buraxmağa çağırdı", "Azərbaycan mediası nümayəndələri Butserius mükafatının laureatı oldu", "Avropa birliyi Azərbaycan hakimiyyəti jurnalistlərə təzyiq etməməyə çağırdı", "Azərbaycanda "Nota" qəzetinin baş redaktoru azada buraxıldı".
"Qafqaz düyünü" |